Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb
26.10.2020

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb.

Visiontv.az-ın məlumatına görə, Ermənistan Prezidenti Armen Sarkisyan Vaqinak Sarkisyanın Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilməsi barədə bu gün fərman imzalayıb.

A. Sarkisyanın digər fərmanı ilə Arman Maralçyan Ermənistan MTX Sərhəd Qoşunlarının komandanı təyin olunub.