Ermənistan seçicisi demokratiyaya deyil, savaşın bitməsinə səs verib - Müşfiq Ələsgərli
22.06.2021

Qərb instutları bütün güclərini sərf edərək Nikol Paşinyanı demokrat kimi təqdim etməyə çalışırlar. Azərbaycanda “radikal müxalifət” kəsiminin mövzuya yanaşması da bu qəbildəndir. Son 2 gün ərzində “radikal düşərgənin” intensiv şəkildə səsləndirdiyi bəyanatları, sosial media üzərindən yayımlanan TV çıxışlarını izləyənlər görürlər ki, “bizimkilər” də Paşinyanın demokrat imicinin yaradılması prosesində rol alıblar. Onlar 20 iyun parlament seçkilərində "Vətəndaş razılaşması" partiyasının mütləq üstünlük əldə etməsini, səslərin 54 faizini toplamasını, parlamentdə 71 yer qazanıb təkbaşına hökumət qurmaq səlahiyyəti qazanmasını Paşinyanın demokratik davranışlarının nəticəsi kimi şərh edirlər.

Kökündən yanlış olan yanaşmadır. Hakimiyyətdə olduğu 2 il müddətində sərgilədiyi davranışlar göstərdi ki, Paşinyan demokrat deyil, demokratiyanı imitasiya edir. Sadəcə Qərb institutları ilə sıx bağlantısı var, “Soros Fondu”nun diqtəsi ilə hərəkət edir. “Soros Fondu”nun diqtəsi ilə hərəkət etməsi səbəbindən Qərb institutları da onun üçün demokrat imicini formalaşdırırlar. Bir nümunə verməklə, Paşinyanın anti-demokratik hərəkətlərini arqumentləşdirək.

Demokratiyanın təməl prinsiplərindən biri ölkədə söz və ifadə azadlığının təmin edilməsidir. Nikol Paşinyanın karyerasının jurnalistika üzərində formalaşdığını nəzərə alaraq, hakimiyyətə gəldikdən sonra onun bu sahəyə geniş diqqət ayıracağı gözlənilən idi. Amma əksi oldu. O, media sahəsində təcrübəsini Ermənistanda ifadə azadlığının boğulmasına yönəltdi. Maraqlananlar Ermənistan Jurnalistlər Birliyinin sədri Satik Seyranyanın açıqlamalarını oxuya bilərlər. Satik Seyranyan Paşinyanı media azadlığını boğmaqda, söz və ifadə azadlığının məhdudlaşdırılması üçün sistemli siyasət yürütməkdəittiham edir. Paşinyan komandasının digər demokratik dəyərlərə yanaşması da bu qəbildəndir. Erməni seçicilərin Paşinyan komandasına səs vermələrinin səbəbi onun “demokrat” imici ilə bağlı deyil. Ortada fərqli səbəbləri var.

Son 30 il müddətində Ermənistan iqtisadiyyatı çökmüş, əhalinin sosial durumu ağırlaşmış, xarici yardımlardan asılı duruma düşmüş vəziyyətdədir. Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilmiş təcrid siyasəti Ermənistanı regionun siyasi və iqtisadi həyatındankənar salıb, onu bir dövlət olaraq iflas həddinə çatdırıb. Əhali yaşamaq, sağ qalmaq üçün xaricə üz tutur, ölkə boşalır. Yenə də fikrimizi Ermənistan KİV-lərindən bir nümunə verməklə arqumentləşdirək. Ermənistan KİV-lərinin sistemli şəkildə diqqət yetirdikləri mövzulardan biri də demoqrafik durumla bağlıdır. “Ermənistanın demoqrafik çöküşü” başlığı ilə təqdim edilən məqaləni oxuyarkən aydın olur ki, SSRİ dövründə, İttifaq büdcəsindən dotasiya aldığı zamanlarda Ermənistan əhalisi sürətlə artıb.1990-cı illərdə, yəni SSRİ-nindağılması ərəfəsində təqribən 3 milyon200 min nəfər civarında əhalisi olub. Hazırda isə Ermənistan əhalisinin sayı 2 milyon nəfər civarındadır. Çıxan nəticə budur ki,müstəqillik dövründə, yəni son 30 il ərzində Ermənistan əhalisinin sayı kəskin şəkildə azalıb. Analoji məqalədə Azərbaycanın da təsviri var. Göstərilir ki, 1990-cı ildə, yənimüstəqillik qazanmaq ərəfəsində7 milyon 131 min nəfər əhalisi olan Azərbaycanda 2020-ci ildə əhali sayı 10 milyon nəfəri keçib. Deməli, Ermənistandan fərqli olaraq, müstəqillik dövründə Azərbaycan əhalisi azalmayıb,artıb. Məntiqi nəticə çıxır ki, Ermənistanda sosial-iqtisadi göstəricilər, əhalininrifah halı Azərbaycandan dəfələrlə aşağıdır, dözülməz haldadır. Bu səbəbdən Ermənistan əhalisi azalır, insanlar xarici ölkələrə köçürlər. Məlumat üçün qeyd edək ki, beynəlxalq standartlara görə, ölkələrdə sabit demoqrafik artım tempi həm də sosial-iqtisadi inkişafın, rifah halının təzahürlərindən biri kimi qəbul edilir. Ermənistanda demoqrafik böhran yaşanması bu ölkədəki sosial-iqtisadi vəziyyətlə adekvatdır.

Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən vəyüksək nüfuza malik olan ölkəyə çevrilib. Bu inkişaf öz növbəsindəAzərbaycanın 44 günlük müharibədə qələbə qazanmasını, ərazi bütövlüyünün bərpa olunmasını təmin edib.

Ermənistanda isə bunun əksi baş verdi.

Ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətini ayağa qalxmağa, Robert Koçaryan və Serj Sarkisyanın simasında insanları düşmənçilik ab-havasına kökləyən, nəticədə ölkəni təcrid vəziyyətə salıb çökdürən, xalqı qarət edən sistemi tarixin arxivinə göndərməyə məcbur etdi. 20 iyun parlament seçkilərində Koçaryan-Sarqsyan cütlüyünün məğlub olmasının, Paşinyanın qalib elan edilməsinin səbəbi budur. Bu seçkilər göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, Paşinyanın simasında məğlub müharibənin nəticələrini qəbul edir, Köçəryanın simasında revanşistləri rədd edir. Hətta Rusiya kimi böyük dövlətin Koçaryana hər cür dəstək göstərməsi də onu hakimiyyətə qayrata bilmədi. Sirr deyil ki, seçki ərəfəsində Rusiya mediası öz qapılarını Köçəryanın “Ermənistan” blokuna açmışdı, ona hərtərəfli dəstək verirdi. Amma bütün bunlarerməni xalqına reallıq duyğusunu unutdura bilmədi. Onlar bilirlər ki, qarşıdan gələn dövrdə Ermənistana Köçəryanın simasında revanşist deyil, Paşinyanın simasında konstruktiv mövqe nümayiş etdirən hakimiyyət lazımdır. Konstruktiv davranmaqla Ermənistan yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə, dinc həyatını qura bilər.

mətbuat.az