Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqlardan imtina edir
Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqlardan imtina edir
01.03.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiyanın xarici işlər naziri S. Lavrov Bakıda mətbuat konfransında buna eyham vurdu.

Ermənistan Rusiyanın vasitəçiliyindən ona görə imtina edir ki, birbaşa Qərbdən verilən təlimatı yerinə yetirir. Həmçinin Moskvanın Ermənistanda geosiyasi mövqeyinin güclənməsini neytrallaşdırır. Əgər, Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edirsə, Moskva Azərbaycana dəstək verməli idi. Amma, Sergey Lavrov Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin quraşdırılmasının əleyhinə çıxdı. Bu səfərdə aydın oldu ki, Ermənistan sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə bağlanmasında maraqlı deyil.

Məhəmməd Əsədullazadə

visiontv.az