Ermənistan rəhbərliyi artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşük - İlham Əliyev
20.10.2020

“Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük”.

Visiontv.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, onlara layiq olan yeri göstərmişik: “Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü!”