Ermənistan parlamentində kuryoz hadisə: qadın tribunadan yıxıldı - VİDEO
02.07.2019

Ermənistan parlamentinin bugünkü iclasında kuryoz hadisə yaşanıb.

VisionTv.az  oxu.az-a istinadən xəbər verir ki, Ermənistan Ali Məhkəmə Şurasına namizəd Anna Marqaryan çıxışını bitirib tribunanı tərk edərkən müvazinətini itirib və özünü saxlaya bilməyərək, yıxılıb.

Sözügedən video sosial şəbəkələrin Ermənistan seqmentində istifadəçilər tərəfindən paylaşılaraq lağa qoyulub.

Qeyd edək ki, iclasın sonunda parlament onun namizədliyini qəbul etməyib.