Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir - deputat Hikmət Babaoğlu
Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir - deputat Hikmət Babaoğlu
14.04.2021 Hikmət Babaoğlu Tərəfindən

"Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlərdə baş tutun ilk geniş formatlı beynəlxalq tədbir idi. Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu.

Hər şeydən öncə Azərbaycan Prezidenti bu konfrans vasitəsilə dünyaya iki mühüm ismarıc verdi. Bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kim görməsinin bəyanı idi. Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən edilən çoxsaylı və mühüm fikirlərdən  yalnız ikisi idi.

Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri  təmsilçilərinin suallarını cavablandırarkən  keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan başlamış, erməni vandadliziminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin  heynəlxalq hüququn və ədalətin yanında olunmasında başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllrini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi. Bu xüsusda Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin necə Cənubi Qafqazda dövlət olamları ilə bağlı da obyektiv tarixi bilgiləri  arqumentləşdirilmiş bir şəkildə, açıqca dünyanın diqqətinə çatdırdı. Lakin bununla belə Azərbaycanın hazırki mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə  səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönədiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması və "azərbaycanfobiyadan", "türkofobiyadan" qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsinin lazım olduğunu qeyd etdi. Artıq hər kəsə aydındır ki, Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini  Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə bilib.

Bu ölkəmizə yeni qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki, Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strategi reallıq yaradıb və gec- tez hamı bununla hesablaşmalı olacaq.

Visiontv.az