Ermənistan ordusunun atıb qaçdığı texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib - Mədət Quliyev
02.12.2021

"Vətən müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi götürələn texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib".

Visiontv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Nazir qeyd edib ki, Vətən müharibəsi dövründə qənimət kimi çoxlu sayda teknika və silah-sursat götürülüb: "Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri teknikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin teknikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib".

M. Quliyev onu da vurğulayıb ki, bizim qələbələrimizin hamısı dövlət başçısının adı ilə bağlıdır.