Ermənistan ərazisində anklav kəndlərin geri qaytarılması danışıqlar predmeti ola bilməz - Məhəmməd Əsədullazadə
Ermənistan ərazisində anklav kəndlərin geri qaytarılması danışıqlar predmeti ola bilməz - Məhəmməd Əsədullazadə
08.05.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində sərhədlərin delimitasiya və demarkasiya prosesinə toxunması, ardınca Azərbaycan tərəfindən verilən açıqlamada bu istiqamətdə işlərin getdiyini vurğulanması göstərir ki, onu Bakı səfərində bu məsələ aktual olacaq. Sergey Lavrov Bakı səfərində də bu konkteksdə danışıqları davam etdirəcək.

Ermənistan ərazisində anklav kəndlərin geri qaytarılması istiqamətində danışıqlar yubadılmamalıdır. Necə ki, Azərbaycan manesiz Şurnuxa daxil oldu və kəndin ərazimizə düşən hissəsini nəzarətə aldı. Bu, Qazax istiqamətində də olmalıdır. Həmçinin Naxçıvan MR Kərki kəndində də həyata keçirilməlidir. Bu, kəndlər danışıqlar predmeti ola bilməz.

Ermənistan tərəfi isə bu kəndlərin geri qaytarılmasını ləngidir. Kəlbəcərə kimi demarkasiya başa çatıb. Ermənistanın işğalında olan bir neçə sərhəd kəndinin boşaldılması ilə iki ölkə arasındakı münaqişəyə son veriləcək. Ümumiyyətlə S. Lavrovun Azərbyacana səfərində erməni diveransatların qaytarılması. İkinci, Hadrut və bir neçə yaşayış yerinə erməni köçkünlərin qaytarılması. Üçüncü,  Azərbaycanın KTMT və Avrasiya İttifaqına qəbulu. Dörüdüncü, Minsk qrupu çərçivəsində danışıqların bərpası müzakirə mövzusu olacaq. S. Lvrovun Bakı səfərindən sonra bir neçə diversantın azad olunması da reallaşa bilər.

Visiontv.az