Ermənistan əmrləri hardan alır: Moskvadan yoxsa Parisdən
Ermənistan əmrləri hardan alır: Moskvadan yoxsa Parisdən
22.02.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə atəşkəsi yenidən pozmağa başlayıb. Həmçinin Qarabağda qanunsuz silahlı erməni dəstələri mövqelərimizi müxtəlif istiqamətlərdə atəşə tutub. Avropa İttifaqının mülki missiyasının Ermənistana 200 nəfərlik qurupunun gəlişi fonunda Ermənistan silahlı qüvvələrinin aktivləşməsi təsadüfi deyil. Görünür, təlmat Kremldən deyil, E. Makronun ofisindən verilir.

Avropa İttifaqının müki missiyasının tərkibində Fransanın olan silahlı jandarma dəstələri var. Ermənistan təxribatlar həyata keçirməklə, Avropa İttifaqının anti-Azərbaycan bəyanatlar hazrlanmasına nail olmağa çalışır. Hərbi yolla Azərbayana təzyiq edə bilməyən rəsmi Yerevan Fransa ilə birgə siyasi yolla təzyiq etmək planına malikdir. Çox gümanki, Avropa İttifaqının mülki missiyası Ermənistanın təxribatları fonunda Fransanın təhriki ilə Azərbayacan əleyhinə hesabatlar hazırlaya bilər.

Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zəonasında silahlı erməni birləşmələrinin atəşkəsi pozması da eyni analoji xəttə xidmət edir. Görünür, Ermənistan sülh müqviləsinə hazır deyil və prosesi pozmaqla anti-Azərbaycan koalisiyası formalaşdırmağa çalışır.

N. Paşinyanın siyasəti anti-demokratik, sadist siyasətdən ibartdir. Rəsmi Yerevanın Azərbaycana gödərdiyi sülh təklifində Qarabağda Avropa İttifaqının xüsusilə Fransanın misisyasının yerləşdirilməsi irəli sürüb. Ermənistan baş naziri N. Paşinyan "bulanıq suda balıq tutmağa" çalışır. Onun bu siyasəti Ermənistan Türkiyə siyasətində normallaşma porsesinə zərbə vurması istisna deyil. Ermənistanın təxribatları artarsa, Azərbaycan adekvat və preventiv tədbirlər görməsi qaçılmaz olacaq.

politoloq Məhəmməd Əsədullazadə

visiontv.az