Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir-partiya sədri Fərəc Quliyev
09.07.2020

Bəzən kiçik görünən bir detal belə çox əhəmiyyətli olur. Mən illərdi deyirəm ki, Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir, Bu Ermənistan –Azərbaycan müharibəsidir.

XİN -in bütün sənədlərində Ermənistan - Azərbaycan – Dağlıq Qarabağ ifadəsi işlədilir. Nəhayət ki, biz doğru olan Ermənistan –Azərbaycan müharibəsi ifadəsini işlətməliyik. Azərbaycan unitar dövlətdir. Azərbaycan ifadəsinin içərisində Qarabağ da Naxçıvan da, Şəki də, Şirvan da və s. bölgələr də yer alır.

Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir. Dağlıq Qarabağı ayrıca ifadə etməklə düşmən tərəfin müstəqil subyekt kimi siyasi proseslərdə bu ifadədən istifadəsinə tutarqa vermiş oluruq. Ona görə Ermənistan – Azərbaycan müharibəsi ifadəsindən istifadə olunmasını münasib gördüyümü bildirmişəm.

Visiontv.az