Ermənistan Avropa İttifaqının mülki müşahidə missiyasını təxribatlara alət edir
Ermənistan Avropa İttifaqının mülki müşahidə missiyasını təxribatlara alət edir
10.03.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Azərbaycanla şərti sərhəddə atəşkəsi növbəti mərhələdə pozmağa başlayıb. Xüsusilə Avropa İttifaqının yarımhərbi müşahidə missiyasının fəaliyyətə başlayandan sonra bu mütəmadi xarakter alıb. Əsas planı Azərbaycan haqqında hesabatlara "təxribatlara rəvac" verən ölkə kimi qeyd edərək siyasi təzyiqlərə yol açmaqdır. N. Paşinyan bir tərəfdən qeyd edir ki, sülh sazişində maraqliyıq , digər tərəfdən silahlanma prosesində aktiv şəkildə fəaliyyət göstərirlər.

Ermənistan çalışır ki, prosesləri uzatsın və Azərbaycana hərbi güc tətbiq edərək sərhəddə müəyyən "üstünlük" qazansın. Məhz ABŞ kəşfiyyatınin yaydığı hesabatda Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanı istisna etmir. Bu da Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsindən yayınmasından qaynaqlanır. N.Paşinyan sülh çağırışları etməsinə baxmayaraq əsas hədəfi yeni "üstünlük" əldə etməkdir.

Əgər, Avropa İttifaqı və ABŞ Ermənistana təzyiqlər etməsə, sülh müqaviləsinin bağlanması real görünmür. Ermənistan rəhbərliyi üçün sülh prioritet görünmür. Ümumiyyətlə, Ermənistan rəhbərliyi qarşıdakı altı ay ərzində sülh müqaviləsindən yayınacaq.

politoloq Məhəmməd Əsədullazadə

visiontv.az