Ermənistan ABŞ və Rusiya arasında maraqlarının toqquşduğu bir pladsarm rolundadı
Ermənistan ABŞ və Rusiya arasında maraqlarının toqquşduğu bir pladsarm rolundadı
02.03.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Cənubi Qafqaz regionunda ABŞ və Rusiya arasında maraqlarının toqquşduğu bir pladsarm rolundadı. Qərbi təmsil edən N.Pasinyanla Rusiyanı təmsil edən müxalifət və Baş Qərargah arasında davam edən siyasi qarşıdurmanın həlledici məqamı dünən başa çatdı. Məhz Baş nazir Nikol Paşinyan Yerevanda çoxminli mitinq keçirməklə revanşist müxalifəti fiaskoya uğratdı.

Böyük mitinqlə xalq ölkədə Koçaryan-Sarksiyan tandeminin birdaha hakimiyyətə gəlməsinin qarşısını aldı. Həmçinin bu mitinq ölkədə hərbi çevrilişin qarşını almaqla yanaşı,  bundan sonrakı prosesdə Rusiyanın dəstəklədiyi Baş Qərargah rəisi və Koçaryan-Sarkisyan tandemininin geri çəkilməsinə gətirib çıxara bilər. Çünki mövcud vəziyyət Pasinyanin leyhinədir. Xalq onun hakimiyyətdə qalmasında maraqlıdır.  Əgər, hərbi çevrilişə növbəti dəfə cəhd olunsa, ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq. Buna baxmayaraq Paşinyan hakimiyyəti əldən verməyəcək.

Hazırda Paşinyanın Ermənistanda alternativi yoxdur və Kreml bir neçə gündən sonra geri addım atması mümkündür. Bununlada Baş Qərargah rəisi vəzifəsindən çıxarılması reallaşacaq. Onun hökuməti dəyişmək şansları sıfırdır. N.Paşinyan müxalifəti tam etdikdən sonra Koçaryan, Sarkisyanı həbsə göndərəcək. Baş Qərargah rəisinin həbsi də mümkündur.
Payızda ölkə referenduma getməklə prezident üsul idarəsinə qayıtmasi ilə, Paşinyan prezident postunu tutmaqla ölkədə stabilliyi təmin edə biləcək. Bu, Ermənistanda üçüncü Respublikanın qurulmasi olacaq. İndiki şərtlərlə Ermenistanla siyasi -iqtisadi əlaqələr və sülh müqaviləsi mümkün deyil.

Yalnız N.Paşinyan üçüncü Respublikanı qurduqdan sonra ölkədə revanşizm məhv edildikdən sonra, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa gedilməsi mümkündür. Rusiyanın gələn ildən bu ölkədə mövqeləri zəiflədikəcək. Hətta Rusiya hərbi bazasının da çıxarılmasına calışacaq. N.Paşinyanın əsas planı üçüncü Respublikanı qurmaqdır və burada Rusiya olmayacaq.

Hazırda Ermənistanda yaşananlar Paşinyan üçün Rusiyaya qarşı gələn ildən hərəkətə keçmək üçün fürsət verdi.

Bundan sonra Baş nazir N. Paşinyan Qarabağla bağlı Azərbaycanla konfontrasiyaya getməyəcək.

Qeyd edim ki, Ermənistanda N.Paşinyani ciddi şəkildə müdafiə və mühafizə edən ABŞ səfirliyidir və proseslər oradan idarə edilir.

Ermənistan Baş Qərargahı isə, Rusiyanın "102-ci hərbi" bazasından təlimatlar alır.

Azərbaycan Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Hətta Türkiyədə Ermənitanla sərhədləri açdıqdan sonra, bu ölkədə Türkiyənin siyasi -iqtisadi üstünlüyü  baş tutacaq.

Politoloq Məhəmməd Əsədullazadə

Visiontv.az