Erməniləri yenidən "daş dövrü"nə qaytarmaq istəyən ibtidai "insan" - Bəybala Mirzəyev
Erməniləri yenidən "daş dövrü"nə qaytarmaq istəyən ibtidai "insan" - Bəybala Mirzəyev
07.04.2021 Bəybala Mirzəyev Tərəfindən

Robert Köçəryan gürcülərin bir neçə gün öncə Tiflisdən iti qovan kimi qovduğu Vladimir Poznerə verdiyi müsahibə ilə bir daha Rusiyanın iti olduğunu sübut etdi...

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibəsində səsləndirdiyi fikirlər bəzilərində belə bir yanlış fikir yaradıb ki, guya Kreml və şəxsən Putinin özü Robert Köçəryanı yenidən Ermənistan rəhbərliyinə gətirmək istəyir. Və onun Putinlə Paşinyandan qabaq görüşməsini, Poznerə müsahibə verməklə seçki-təbliğat kampaniyasına başlamasını da məhz bununla əsaslandırmağa çalışırlar.

Xeyr, bu tamamilə yanlış yanaşmadır. Köçəryanın baş nazir seçilmək şansı sıfırın altındadır. Putin nə qədər istəsə də belə, buna nail ola bilməyəcək. Lakin Putin Köçəryanda Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə, Ermənistandakı gələcək siyasi proseslərə məhz Köçəryanı "ana müxalifət lideri" yapmaqla yön verməyə, təsir göstərməyə çalışacaq. Bu da Putinsayağı "şahmat gedişi"dir.

Köçəryanın fikirləri onun hələ də "daş dövrü"ndə ilişib qaldığını, terrorçu-işğalçı kimliyindən heç cürə qurtula bilmədiyini göstərir.
Pozner də öz şeytani rolunu çox ustalıqla oynayırdı. Onun suallarının əksəriyyəti də məhz 44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı idi. Kremldən aldığı tapşırıq əsasında 1 nömrəli erməni separtçısı və Ermənistanın ikinci prezideni R.Köçəryanı danışdıran Pozner müsahibə zamanı dəfələrlə "Artsax", "Artsax Respublikası", "Dağlıq Qarabağ Respublikası" kimi qanunsuz ifadələr işlədərək, əslində təkcə özünün deyil, həm də Kremlin gerçək üzünü ortaya qoydu...

Bir verilişdə iki odioz fiqurun - Poznerlə Köçəryanın yer alması bu verilişi həddindən artıq maraqsız etsə də, amma düşmənlərimizin bizim haqqımızda nə düşündüklərini bilmək üçün bu cür söhbətləri diqqətlə izləmək zorundayıq.

Visiontv.az