21.02.2020
Axtar
Ölkə
alt

Ermənilər "təmir" adı ilə Şuşa məscidini dəyişdilər - Qarabağda silinməkdə olan tariximizin SON GÖRÜNTÜLƏRİ - VİDEO

Ermənilərin restavrasiya adı ilə dəyişikliyə məruz qoyduğu Şuşanın Yuxarı Gövhər ağa məscidinin son görüntüləri yayımlanıb.

Visiontv.az-nin məlumatına görə, Qarabağda yaşayan rus tarixçisi Anton Yevstratovun paylaşdığı videoda Şuşa məscidinin daxili və xarici hissələrinin ciddi dəyişikliklərə məruz qaldığı aydın görünür. Bundan əlavə, videoda yaxınlıqdakı mədrəsədə də dəyişikliklər edildiyi görünür. Ermənipərəst mövqeyi ilə tanınan Yevstratov qərəzli şəkildə və bilərəkdən Şuşa məscidini İranın maddi irsi kimi təqdim edib.

Layihə İranın memarlıq şirkəti Part Saman Cahan tərəfindən, Ermənistanın IDEA fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihənin əsas maliyyəçisi erməni əsilli Rusiyalı iş adamı Ruben Vardanyandır.

Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidi 1883-cü ildə inşa edilmişdir. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

ASASmedya.info

Şərh