Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər - FOTOLENT
26.11.2020

Laçın rayonunu tərk edən ermənilər eynilə Kəlbəcərdəki kimi məskunlaşdıqları evləri söküb yandırırlar.

Visiontv.az xəbər verir ki, bu, “RİA Novosti” müxbirinin şəkillərində öz əksini tapıb.

Şəkillərdən göründüyü kimi, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə məskunlaşmış ermənilər oranı tərk edərkən qapı və pəncərə çərçivələri daxil olmaqla mümkün ola biləcək hər şeyi götürməyə çalışırlar.

Görüntülərdə ermənilərin çıxdıqları evlərə od vurmağı da öz əksini tapıb.

Xatırladaq ki, Laçın rayonu 1992-ci ilin mayın 18-də işğal olunub. Noyabrın 10-u Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında imzalanan bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçir.