Ermənilər İsrailin Azərbaycana verdiyi dronlar haqqında susmağa üstünlük verdilər
Ermənilər İsrailin Azərbaycana verdiyi dronlar haqqında susmağa üstünlük verdilər
28.09.2021 Elbəyi Həsənli Tərəfindən

Müəllif yazır ki, Azərbaycan Bayraqdarların köməyi ilə Ermənistanın 549 hədəfini vurub. Bunlar yalnız foto və video sübutlarla təsdiq olunmuş göstəricidir. Bundan kənarda da xeyli hədəf məhv edilib. Erməni tərəfi isə cəmi 2 Bayraqdar vura bilib. Düzür, Nikol Paşinyan Artsaxda onlarla Bayraqdarın vurulduğunu bəyan etmişdi. Ancaq bu, ciddi söhbət deyil.

Məqalədə o da deyilir ki, erməni deasporunun təkidi ilə Kanada Bayraqdarın istehsalında istifadə olunan bəzi komponentlərin Kanada tərəfindən Türkiyəyə satışını əngəlləyə bildi. Ancaq Türkiyə həmin hissələri yerli komponentlərlə əvəz etdi. O da maraqlıdır ki, ermənilər İsrailin Azərbaycana verdiyi dronlar haqqında susmağa üstünlük verdilər. Çünki ABŞ-da yəhudi lobbisi erməni lobbisindən müqayisə olunmaz dərəcədə güclüdür...

Elbəyi Həsənli