"Ermənilər cəbhə kəndlərini atəşə tutmaqla bayram əhval-ruhiyyəsini pozmaq istəyir" - FOTO/VİDEO
Videonu Aç
28.12.2018

Ermənilər cəbhə kəndlərini atəşə tutmaqla bayram əhval-ruhiyyəsini pozmaq istəyir - FOTOVİDEO

"Ermənistan ordusu bayram ərəfəsində bilərəkdən cəbhə kəndlərini atəşə tutaraq bayram əhval-ruhiyyəsini pozmaq istəyir".

Bunu "Report"-a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Quliyev bildirib.

Onun sözlərinə görə, Mirəşəli kəndi təmas xəttinə yaxın yerləşən ən yaxın yaşayış məntəqəsidir: "Hazırda kənddə 210 ailə yaşayır. Ermənistan hərbçiləri adi günlərdən fərqli olaraq, Azərbaycan xalqının qeyd etdiyi xüsusi günlərdə qəsdən mülki əhalini atəşə tutur. Səbəb isə insanlarda bayram əhval-ruhiyyəsini pozmaqdır. Ötən gün baş verən hadisədə də Mirəşəli kənd qəbiristanlığına ziyarətə gələn sakinlər atəşə məruz qalıb. Nəticədə Baş Qərvənd kəndindən məcburi köçkün düşmüş 73 yaşlı Dilarə Allahverdiyeva güllə yarası alıb. Bu, ilk hadisə deyil. Son bir neçə ildə rayonun Çıraqlı, Mirəşəli və digər kəndlərində ona yaxın insan düşmən gülləsinə tuş gəlib".