Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik fonu süni olaraq dəyişir
05.03.2019

İşğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və başqa fəaliyyətlər dünya ictimaiyyətinin ciddi problemidir.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri" mövzusunda beynəlxalq konfrans zamanı deyib.

Nazir vurğulayıb ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik fonu süni olaraq dəyişir:

"Ermənistan hökuməti Suriya ermənilərinin bölgəyə köçürüldüyün elan edib, bu isə bir sıra beynəlxalq konvensiyaların pozulması deməkdir".

Onun sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bir sıra ərazilərində xarici şirkətlər qeyri-qanuni fəaliyyət göstərir:

"Məsələn, İsveçrənin "Frank Müller" saat istehsalı şirkəti. Orada həm də zavod var. Biz bu şirkətin qanunsuz fəaliyyətinin dayandırılmasına nail olmuşuq".

Nazir əlavə edib ki, dövlətlər öz şirkətlərinə beynəlxalq hüququ pozmağa icazə verməməlidir.