Ermənilər Amerikada “Bayraktar”la savaşır
Ermənilər Amerikada “Bayraktar”la savaşır
01.08.2022 Elbəyi Həsənli Tərəfindən

Amerikadakı erməni lobbisi respublikaçı konqresmen Tony Cárdenas kimi siyasətçilərin vasitəsi ilə Türkiyənin “Baykar Technology” şirkətinə, onun istehsal etdiyi “TB2” dronlarına qarşı mübarizə aparır...

Ermənilər deyir ki, hazırda dünyanın 14 ölkəsi Türkiyədən “Bayraktar” alır, 16 ölkə isə bu drona sahib olmaq üçün növbədə dayanıb...
İrəli verdikləri konqresmen Tony Cárdenasın dili ilə danışan ermənilər deyir ki, Türkiyə bildirib ki, “Bayraktar”ın bütün komponentləri daxili istehsala söykənir. Ancaq araşdırmalar sübut edir ki, “Bayraktar”ın bir çox önəmli hissəsi ABŞ, Kanada və Avropadan idxal olunur...
Konresmen deyir ki, Dağlıq Qarabağ kimi ərazilərdə dinc insanlara qarşı tətbiq olunmuş “Bayraktar”a ABŞ-a məxsus həssas texniki avadanlıqların satışının qarşısı alınmalıdır: “Biz Türkiyə dronlarının satışına xüsusi diqqət edirik və bu silahların dünyanın hər tərəfinə necə yerləşdirlməsini izləyirik”. Kongresmen belə deyib. 
Ancaq “propublica.org” saytında gedən məqalədə o da qeyd olunur ki, bəzi tənqidçilər Bayden administrasiyasını Türkiyəyə qarşı sərt tədbirlər görməyə çağırır. Digər ölkələr, o cümlədən Kanada, Türkiyəyə qarşı ixrac qadağaları tətbiq etdi. Lakin ekspertlərin fikrincə, ABŞ üçün bir sıra diplomatik mülahizələr də var. Türkiyə NATO-nun uzunmüddətli müttəfiqidir. Və bu yaxınlarda, “TB2” Ukrayna ordusunun Rusiya qüvvələri ilə döyüşmək üçün istifadə etdiyi yerlərdə kritik önəmə sahb bir silah kimi ortaya çıxdı. Firmanın baş texnologiya direktoru Selçuk Bayraktar “CNN”-ə açıqlamasında "Məncə, bu (yəni “Byraktar”) , Ukrayna üçün müqavimət simvollarından biridir. Və bu dronlar ukraynanılara ümid verir"...
Fakt budur ki, Türkiyə dron istehsalı ilə hərbi gücünü ciddi şəkildə atırıb. Bu silah Türkiyəyə siyasi və iqtisadi müstəvidə də ciddi üstünlüklər verib. Təbii ki, hazırda Ukraynada Rusiya ordusuna qan udduran Türkiyə dronlarının istehsalının qarşısını almaq üçün ermənilərin göstərdiyi aşırı canfəşanlıq da elə bir nəticə verməyəcək...
Bir şeyi də deyim. Bu ilin 6 ayı ərzində Türkiyə 2 milyard dollar dəyərində silah satıb. Növbəti yarım ildə də 2 milyard dollarlıq silah satacağı gözlənilir. Türkiyənin silah istehsalı sahəsində iri addımlarla irəliləməsi fakt olaraq ortadadır...

Elbəyi Həsənli

visiontv.az