Erməni hərbi PUA-sı vuruldu-VİDEO
21.09.2020

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Visiontv.az xəbər verir ki, bu barədə Musavat.com-a rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib.

Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.

Mötəbər qaynaqlardan aldığmız qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisi üzərində vurulub, rayonun Ağdağlar adlanan məhəlləsinə düşüb.
O da bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

Xəbərin yayılmasından 1 saat sonra Azərbaycan Müdafiə Nazirliyi faktı təsdiqləyib.