“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı qərəzli rəylər görürük. Təəssüf ki, erməni həmkarlarımız hər səfərində AŞPA-dan şəxsi siyasi vasitə kimi istifadə etmək istəyir”.
Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O bildirib ki, erməni deputatlar məsələyə hələ də intiqam hissi, müharibə düşüncəsi ilə yanaşır.
“Onlar bununla da AŞPA-da qərarlara öz təsirlərini göstərmək istəyirlər. Bu, qəbuledilməzdir”, - deyə S. Seyidov vurğulayıb.
O qeyd edib ki, Azərbaycanla bağlı qərəzli yanaşmalar mövcuddur.