Ərdoğandan Rusiyaya sərt mesaj: - "Qarşımızı kəsməyə çalışmayın!"
03.02.2020

4 türk əsgərinin şəhid olduğu Suriya ordusunun hücumu ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan türk ordusunun qisas əməliyyatına başladığını bildirib.

Visiontv.az-ın Türkiyə mətbuatına aistinadən verdiyi xəbərə görə, İdlibdə toqquşmaların davam etdiyini xatırladan Ərdoğan 46 Əsəd rejimi hədəfinə 122 top atəşi açıldığı barədə məlumat verib.

Ərdoğan Türk əsgərlərini şəhid edən Əsəd qüvvələrinin əsas hərbi dəstəkçisi Rusiyaya da özünəməxsus şəkildə mesaj ünvanlayıb:

"Xüsusilə Rusiyanın müvafiq orqanlarına bildirmək istəyirəm ki, bu məsələdə həmsöhbətimiz siz deyilsiz, tamamilə Əsəd rejimidir. Bizim qarşımızı kəsməyə çalışmayın".