Ərdoğan və Putinin dünyanı dəyişmək planı...
Ərdoğan və Putinin dünyanı dəyişmək planı...
06.10.2021 Bəybala Mirzəyev Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son müsahibələrindən birində Qərbin üstünlüyünün, hegemonluğunun bitdiyini bildirib. Onun fikrincə, yeni beynəlxalq münasibətlər sistemi formalaşır, yeni dünya düzəni yaranır.

Gəlin Ərdoğanın həmin fikirlərini ayrı-ayrı tezislər şəklində birlikdə nəzərdən keçirək:

"Qərbin üstün olduğu şəklində bir anlayışın artıq sonuna gəldik. Bunu artıq hər kəs qəbul edir. Qərbin özü belə artıq bunu qəbul etməyə başlayıb. Yüz illərdir davam edən qərb hegemonluğu artıq bitib. Yeni beynəlxalq sistem yaranıb. Dünya böhranlı dövrdən keçir. Pandemiya bu böhranı daha da dərinləşdirdi. Qlobal sistem dərin böhranla üz-üzədir. Ədalət isə ayaq altındadır”.
"ABŞ İraq və Əfqanıstanda nə demokratiya inşa edə bildi, nə də dövlət qura bildi".

"Demokratiyanı yaymağa çalışmaları demokrasi adına daha böyük fəlakətləri, dağıntıları öz ardınca gətirdi. Bütün kritik məqamlarda Qərb ikiüzlü davrandı. Daha da betəri, Qərb demokratiyaları ifratçılıqlara və popülist siyasətə təslim oldu. İndi də öz inşa etdikləri politikaların əsiri durumuna düşüblər. Onlar demokratiyanın içini  boşaltdılar”.

"Soyuq savaş" dönəminin iki qütblülüyü ABŞ-ın zəfəri ilə sona çatmışdı. Sonrasında ise ABŞmərkəzli bir dünya siyasəti gördük. Ancaq məlum oldu ki, təkbaşına bütün beynəlxalq prosesləri kontrol etmək mümkün deyil. ABŞ bunu dənədi və başarısız olduğu üzə çıxdı".

"Türkiyə kimi yüksələn güclər artıq dünya siyasətində ağırlığı olan bir oyunçuya çevrilməkdədir. Orta böyüklükdəki başqa ölkələr də yuxarıya doğru dırmanan bir profil ortaya qoymaqdadır. Artıq yalnız böyük güclərin dediklərinin olduğu bir dünyada yaşamırıq”.

"1,5 milyard müsəlmanı yox sayan bir sistem ola bilərmi? Mədəniyyət baxımından çoxçeşidli olmayan, bütün dünya sivilizasiyalarını əhatə etməyən bir BMT Təhlükəsizlik Şurası dünyada barışı və hüzuru qoruya bilərmi? Əlbəttə, bu çox çətindir. Qoruya bilməməkləri, bacarmadıqları zatən ortada”.

"Dünyanın dörddə üçünün BMT-də adı yox. Dünya artıq dəyişdi, nə ikiqütblü bir dünyada, nə də təkqütblü bir dünyada yaşayırıq. İndi  dünyada çeşidli güc mərkəzləri var. BMT Təhlükəsizlik Şurası isə bu güç çeşidliliyini özündə əks etdirmir”.

“Dünya beşdən böyükdür. Bütün bir dünya siyasetini İkinci Dünya Savaşının nəticələrinə görə qurulmuş bir sistemin beş təmsilcisinə əmanət etmək nə qədər doğrudur? Təhlükəsizlik Şurasında Avropa tək başına iki ölkə ilə təmsil edilirkən, Cənubi Amerikadan və Afrikadan tək bir üzv ölkə belə yoxdur. Halbuki Avropanın bütün əhalisi ümumi dünya əhalisinin ancaq yüzdə 5-ni təşkil edir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün birlikdə əhalisi bu gün dünya əhalisinin yalnız dörddə biri qədərdir. Digər dörddə üçünün isə adı yox, onlar BMT TŞ-da heç bir formada temsil olunmurlar. Belə bir sistemin dünyanı təmsiletmə qabiliyyətinə malik olduğunu söyləmək nə qədərr mümkündür?”.

Ərdoğan "Kriter" dərgisinin yazarı və yazarı ve SETA-nın Baş Koordinatoru Bürhanəddin Duranın suallarını cavablandırdığı bu müsahibəsində dünya üçün, bütün bəşəriyyət üçün bir sıra digər ilginc məqamlara da toxunub və "Haqlarımızı qorumaqda qərarlıyıq" ifadəsini dilə gətirərək, hazırkı beynəlxalq sistemi, beynəlxalq münasibətlərin norma və prinsiplərini dəyişmək istiqamətində fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.

Maraqlıdır ki, "Qərbin üstün olduğu anlayışın sonuna gəldik" tərzində inqilabi bir fikrin yer aldığı bu müsahibəni Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə 3 saatdan çox davam edən müzakirələrdən sonra verib. Həmin müzakirə zamanı Ərdoğanla Putin yeni dünya düzənini necə formalaşdırmaq haqqında da danışıblar. Bunu Kremlin baş ideoloqu Aleksandr Duqin də "Türkiyə" qəzetinə verdiyi açıqlamasında təsdiqləyib.

Putin və Ərdoğanın sentyabrın 29-da Soçidə baş tutan görüşünü "tarixi əhəmiyyətli görüş" kimi dəyərləndirən A.Duqin bu görüşün pərdəarxasındakı detallarından xəbərdar olduğunu deyib.

O, qeyd edib ki, "bu görüşdə hər iki lider öz "qırmızı xətt"lərini və yeni dünya üçün "yol xəritəsi"ni müəyyənləşdirdilər. Bu görüşdən etibarən Türkiyə və Rusiya yeni yola qədəm qoyurlar və da həm regonal proseslərin dinamikasına, həm də bütün dünyaya öz təsirini göstərəcək".

Duqinin bu fikri ilə Ərdoğanın "Kriter" dərgisinə müsahibəsində səsləndirdiyi fikirlər bir-birini tamamlayır.

Beləliklə, Qərbin hakim olduğu sistemin içində öz yerlərini görməyən Rusiya və Türkiyə dünyada gedən proseslərə yön vermək, korrektələr etmək, başqa sözlə desək, dünyanı dəyişmək, daha ədalətli dünya qurulması üçün birlikdə səy göstərmək qərarına gəliblər.

Bütün bunlar əlbəttə, təqdirə layiq hədəflərdir. Ancaq onu da nəzərə almaq lazımdır ki:

1.Qərbin belə asanlıqla dünyadakı hegemonluğundan əl çəkmək fikri yoxdur. Pandemiya projesini ortaya atan Qərbin özünün də dünyanın gələcəyi ilə bağlı yeni planları var...

2.Rusiya liderinin "ədalətli dünya"anlayışı ilə Ərdoğanın ədalətli dünya haqqındakı baxış və təsəvvürləri çox-çox fərqlidir.

3.Ötən əsrlərdən fərqli olaraq 21-ci əsrdə dünyanın bütün xalqlarını cəzb edə biləcək, öz arxasınca apara biləcək ideyalar yoxdur. İdeya boşluğu var.

Ancaq hər şeyə rəğmən ümid edək ki, dünyamızın ədalətli dünyaya çevrilmək şansları hələ tam tükənməyib.

Bəybala Mirzəyev

Visiontv.az