Ərdoğan və Putin Soçidə görüşüb - VİDEO
Videonu Aç
Ərdoğan və Putin Soçidə görüşüb - VİDEO
05.08.2022 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşüb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu günkü ikitərəfli görüşün Türkiyə və Rusiyanın bölgədə oynadığı rolu üzə çıxarmaq baxımından çox əhəmiyyətli olduğunu söyləyən Ərdoğan Suriya məsələsinə də toxunub:

“Suriyadakı hadisələri nəzərdən keçirməyimiz inanıram ki, bölgəyə ayrı bir rahatlıq gətirəcək. ” 

“Avropa Rusiyadan təbii qazın fasiləsiz axınına görə Türkiyəyə minnətdar olmalıdır” deyən Putin çıxışına Suriya mövzusu ilə davam edib:

"Biz regional məsələləri, xüsusilə Suriya böhranını da müzakirə edəcəyik. Türkiyə burada vəziyyətin normallaşmasına ciddi töhfə verir.” 

İlahə Əliyeva