Ərdoğan Moskvaya niyə gedir: Tehranda keçirilən konfransda tərəflər razılığa gələ bilmədi
Ərdoğan Moskvaya niyə gedir: Tehranda keçirilən konfransda tərəflər razılığa gələ bilmədi
27.07.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Türkiyə prezidenti R. T. Ərdoğanın avqustun 5-də Rusiya səfər edəcək. İyulun 19-da Suriya məsləsi üzrə Tehranda keçirilən konfransda tərəflər razılığa gələ bilmədi. Xüsusilə, Türkiyənin Suriyanın şimal-şərqində PKK-YPG terror təşkilatına qarşı anti-terror əməliyatı keçirməsinə Rusiya və İran razılıq vermədi.

Ötən gün R.T. Ərdoğan birdaha Rusiya və İrana mesajlar vererək Ankaranın bu əməliyyatı keçirəcəyini qeyd etdi. Türkiyə anti-terror əməliyyatını keçirmək üçün ilk növbədə Rusiyanın razılığını almağa çalışır. İranın mövqeyinə gəldikdə, Türkiyə üçün bu,  əhəmiyyətli deyil. Çünki, Kremllə Ankara  razılaşdıqdan sonra, Tehran geri çəkiləcək. Ona görə də Tehranda razılığın əldə edilməməsi, Türkiyənin birbaşa Rusiya ilə danışıqlar aparmasını şərtləndirdi. 

Türkiyə prezidentinin Moskvada V. Putinlə aparacağı danışıqlarda razılığın əldə olunması gözlənilir. Moskvaya qarşı Qərb koalisiyasının formalaşması, sanksiyaların tətbiqi Kremlin Ankara ilə əlaqələrini pozmamasına gətirib çıxarır. Ona görə də bu əməliyyata V.Putinin  razılıq verməsi mümkündür. 

R. T. Ərdoğan Moskvaya getməyə bilərdi. Çünki,V. Putin Tehran danışıqlarında razılı verə bilərdi. Amma, V. Putinə qarşı sanksiyalar fonunda, onun  R. T. Ərdoğanı Kremldə qarşılaması və razılaşma əldə etməsi onun üçün hava və su kimi lazımdır. İlk növbədə daxili auditoreya üçün, həmçinin Qərb üçün bir göstəri olacaq. 

Avqustun 5-dən sonra Türkiyə ordusu hərbi əməliyyatlara başlayaması mümkündür. Suriya ilə bağlı bir neçə istiqamətdə razılıq əldə ediləcək. Ola bilər ki, İdlib məsləsində Ərdoğanda V.Putinə güzəştə getsin. ikinci məsələ, Ukrayna böhranı müzakirə ediləcək. Xüsusilə, Taxıl dəhlizi ilə bağlı razılaşmanın problemsiz yerinə yetirilməsi, həmçinin Kiyevlə sülh danışıqlarına başlanması. Bu danışıqlardan sonra Kiyevlə Moskva arasında İstanbulda danışıqlar aparıla bilər. V. Putin R. Ərdoğan vasitəsilə Ukrayna prezidenti V. Zelenskiyə öz mesajlarını və təkliflərini çatdıracaq. Ukraynın əks-hücumları, Rusiyanın ciddi itkilər verməsi Rusiyanın danışıqlara başlamasına sövq edir. 

Digər məsələ, Ermənistan Türkiyə sərhədlərinin açılması və Qarabağda erməni silahlı birləşmələrinin çıxarılması müzakirə ediləcək. Cənab Ərdoğan silahlı erməni birləşmələrinin tam  çıxarılmasını Moskva ilə razılaşdıracaq.

Bundan əlavə, danışqlarda ikitərəfli iqtisadi əlaqələr, hərbi -texniki əməkdaşlıq müzakirə olunacaq. Bu görüş regionda ümumi geosiyasi situasiyanın formalaşmasına təsir edəcək.

Politoloq Məhəmməd Əsədullazadə

Visiontv.az