Ərdoğan ilə Zelenski Lvovda görüşüb - YENİLƏNİB (VİDEO)
Ərdoğan ilə Zelenski Lvovda görüşüb - YENİLƏNİB (VİDEO)
18.08.2022 MEDİA Tərəfindən

Ukraynada işgüzar səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, görüş Lvovdakı “Pototski” sarayında yerli vaxtla saat 14.40-da başlayıb.  

***

16:23

İki lider daha sonra BMT-nin baş katibi Antonio Quterreş ilə görüşəcək.  

Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək. 

Prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşlərində strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri qiymətləndiriləcək.

 

Cumhurbaşkanı Erdoğan Potoçki Sarayı'nda

İlahə Əliyeva