Ərdoğan faktiki dünyanın yarısını qarşısına alıb-Kənan Rövşənoğlu
13.08.2020

Aralıq dənizində hazırda qüvvələr nisbəti belədir.

Birinci "cəbhə" Türkiyə, Liviya (Sərracın rəhbəri olduğu Milli Saziş Hökuməti), Şimali Kipr və "qismən" kodu ilə Tunis və İtaliya bir cəbhədir.
İkinci "cəbhə" Misir, Yunanıstan, Cənubi Kipr, Fransa.
Neytral ölkələr Livan və Əlcəzair.
Şərtli əyilimli ölkələr: İsrail. Suriya.

Türkiyə hazırda yalnız İsraili əldə etmək şansını saxlayır. Suirya isə başı özünə qarışıb. amma starateji olaraq Misir tərəfdədir, keçən həftə Misir Suriyaya hərbi qüvvə də göndərəcəyini elan edib.

Hövzədən kənar "oyunçular": Qətər, Azərbaycan Türkiyə blokundadır.
Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ və Aİ isə qarşı blokdadır.

Şərqi Aralıq dənizinin enerji resurslarının istismarı ilə bağlı təşəbbüs Türkiyədədir, Ankara ilk "qolunu" keçən il 27 noyabrda atıb Liviya ilə dəniz sərhədləri anlaşması imzalayıb. Bu müqaviləyə əsasən Türkiyə faktiki olaraq dənizdə Liviya ilə birləşib. Bu o deməkdir ki, Misir və Yunanıstan Aralıq dənizində çıxardıqları nefti qurudan sata bilərlər. Çünki dənizdə faktiki olaraq artıq sərhədləri yoxdur. Türkiyədən icazə almalıdırlar.

Amma beynəlxalq dəstək Misir-Yunanıstan ittifaqına tərəfdir. ABŞ, Aİ onları dəstəkləyir. Artıq dəstək bəyanatları da verilib. Həm də bu gün artıq Senat

Türkiyəyə silah satışına blok qoydu. Yeri gəlmişkən, Aralıq dənizi məsələsində Rusiya birmənalı mövqe qoymur, amma qoyacaq ols ada, Ankara onun dəstəyinə ümid edə bilməz.

Türkiyə indi faktiki olaraq bu böyük qüvvə ilə savaşır. Bir neçə il əvvəl Ərdoğan 7 duvəl ilə savaşırıq deyəndə zarafat hesab olunurdu, amma adam faktiki dünyanın yarısını qarşısına alıb.

Visiontv.az