Ərdoğan Bolqarıstan prezidenti ilə İstanbulda görüşəcək
Ərdoğan Bolqarıstan prezidenti ilə İstanbulda görüşəcək
09.12.2022 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşəcək.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan İstanbulda keçiriləcək “TRT World” Forumunda da iştirak edəcək.

Görüşdə Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək, əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Həmçinin cari, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

İlahə Əliyeva