Ərdoğan Azərbaycan Xidmət Qrupu Komandanlığında fəailiyyət göstərən Bəxtiyar Ersaya general-leytenant rütbəsi verib
05.08.2022

General-mayor Bəxtiyar Ersayın rütbəsi artırılıb. APA xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, Bəxtiyar Ersaya general-leytenant rütbəsi verilib.

Qeyd edək ki, Bəxtiyar Ersay son olaraq Türkiyə Silahlı Qüvvələri Azərbaycan Xidmət Qrupu Komandanlığında fəaliyyət göstərib.