Ərdoğan Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmə qərarını təsdiqləyib
11.07.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib.

Visiontv.az  Türkiyə mətbuatına istinadən  xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bununla bağlı fərman imzalayıb. 

Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.