7.04.2020
Axtar
Dünya
alt

Ərdoğan Avropa İttifaqı ilə görüşü yarımçıq qoydu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Belçikada Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von Der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişellə görüşüb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, görüşdə suriyalı qaçqınların məsələsi müzakirə edilib.

Ərdoğan Avropa İttifaqını qaçqınları qəbul etməməkdə və onları saxlamaq üçün Türkiyəyə maddi yardım verməməkdə ittiham edib.

O, Avropa İttifaqı ilə 2016-cı ildə qaçqınlarla bağlı əldə edilmiş razılaşmanı xatırladıb və buna riayət edilmədiyini bildirib. Gərgin keçən 1 saat 45 dəqiqə ərzində tərəflər arasında razılıq əldə olunmayıb və Ərdoğan görüşü yarımçıq tərk edib.

Şərh