Ərdoğan 100 illik sazişin intiqamını aldı
05.08.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya lideri Fayez Sərracla 2019-cu ilin dekabrında həyata keçirdiyi görüşdən sonra dediyi “Bu hərbi və enerji saziri ilə Sevr müqaviləsinin üstündən xətt çəkdik” sözləri onun intiqam aldığını göstərir.

Visiontv.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Fransanın nüfuzlu “Le Monde” qəzeti çıxış edib.

Qəzet Ərdoğanın Sevr müqaviləsinin (1920) intiqamını aldığını vurğulayıb.

Xəbərdə, həmçinin Aya Sofyanın məhz iyulun 24-də məscid kimi fəaliyyətə başlamasına da diqqət çəkilib.

“24 iyulda Lozanna müqaviləsinin 97-ci ildönümü oldu. Bu tarix təsadüfən seçilməmişdi”, - bildirilib.