Ər-Riyadda danışıqlar gedir: Ziddiyyətli məlumatlar yayılır
18.02.2025

Ər-Riyadda danışıqlar gedir. Rusiya-Ukrayna müharibəsinin hansı şərtlər altında dayandırılması müzakirə olunur. Təxmini konturlar cızılır. Ziddiyyətli məlumatlar yayılır. Bu ziddiyyət siyasi təhlilçilərin fikirlərində də aydın görünür.

Tramp, Putin və Zelenskinin davranışlarına əsasən müəyyən mülahizələr irəli sürülür. Bəzən bu mülahizələrdə kəskin fərqlər olur. Niyə belədir? Çünki ölkələrin birinci şəxslərinin əlində olan məlumatlarla jurnalistlərin və ya təhlilçilərin əlində olan məlumatlar eyni deyil. Birinci şəxslər əhatəli, çox vaxt isə gizli məlumatlar əsasında qərar verirlər. Həmin qərarı şərh etmək, məntiqi izahını vermək çətin olur. Niyə? Tutaq ki, birinci şəxsin istinad etdiyi gizli məlumat jurnalistə məlum deyil. Çünki o gizli məlumata analitikin girişi yoxdur...

Aydın olan odur ki, bu danışıqların görünən və görünməyən tərəfi var. Mən əminəm ki, Amerika Rusiyaya ciddi güzəştə getməyəcək. Ən azı ona görə ki, Rusiya-Ukrayna müharibəsində rəsmi Moskvaya Çin, Şimali Koreya və İran dəstək verir. Bu ölkələrin hamısı Qərb üçün təhlükə mənbəyidir. Rusiyaya güzəştə getmək bu şər dördbucağını mükafatlandırmaq olardı. Amerikaya bu, qətiyyən lazım deyil. Çünki bu güzəşt Amerikanın milli maraqlarını təhlükə altına atardı...

Elbəyi Həsənli

visiontv.az