Ən varlı insan kosmosa uçacaq
09.06.2021

“Amazon”un yaradıcısı Ceff Bezos iyulun 20-də qardaşı və “Blue Origin”in ilk kosmik uçuşu üçün hərracın qalibi ilə kosmosa uçacaq.  Bu haqda dünyanın ən varlı adamı özünün “Instagram” səhifəsində yazıb.  "Beş yaşımdan kosmosa səyahət etmək arzusunda idim. İyulun 20-də qardaşımla birlikdə bu yola çıxacağam. Bu ən yaxşı dostumla ən böyük macəra olacaq", - Bezos yazıb.