Ən ağır mübarizə düşmənlərlə deyil, özünlə apardığın mübarizədir
Ən ağır mübarizə düşmənlərlə deyil, özünlə apardığın mübarizədir
25.03.2023 MEDİA Tərəfindən

Bayden ABŞ tarixinə ən gənc senator və ən yaşlı prezident kimi düşdü, bütün ömrünü ABŞ siyasətinə həsr etdi.

1972-ci ildə Bayden Senata seçildi, seçki kampaniyası zamanı həyat yoldaşı Neilia Cozef Baydenə çox güclü dəstək verirdi və o zaman mətbuatda onu "Bayden seçki kampaniyasının beyni" adlandırırdılar. Onların 3 övladı var idi: Bo, Naomi, Hanter. Bayden seçiləndən bir neçə həftədən sonra həyat yoldaşı və 13 aylıq qızı Naomi avto qəza nəticəsində həyatını itiriblər, Hanter və Bo(Bo ağır yaralanmışdı) sağ qaldılar. Bayden üçün bu dəhşətli zərbə idi və o senator vəzifəsindən imtina etmək istəyirdi, uzun müddət depressiyada idi, amma Bayden siyasətdə qalmaq üçün özündə güc tapa bildi.

Oğlu Bo ABŞ siyasətində böyük uğurlara nail ola bilərdi, 2007-ci Delaver ştatının prokuroru seçilmişdi, Cozef Baydenin Boya böyük ümidləri var idi. 2015-ci Bo xərçəngdən dünyasını dəyişdi.

Baydenlə təmasda olan insanlardan, diplomatlardan eşitmişəm ki, siyasi danışıqlardan sonra o hər zaman deyir "uşaqlarınızı qoruyun". Övladlarını itirən ata tərəfindən deyilən bu sözlər olduqca ağır və son dərəcədə səmimi səslənir...

Ağır həyat faciələri yaşayan insanlar hər zaman bu dünyanı azca da olsa daha yaxşı etməyə çalışırlar.

P.S.Şəkildə Bayden ailəsi ilə (Neilia və qucağında olan Naomi avto qəzada həlak olublar).

Politoloq Kamran Cəfərov

visiontv.az