Emin Ağalarov işçilərinin maaşlarını ödəmək üçün avtomobillərini satdı
30.06.2020

Azərbaycanın Xalq artisti Emin Ağalarov COVİD-19 səbəbilə yaşanan böhran səbəbindən 3 maşınını satdığını açıqlayıb.

Visiontv.az xəbər verir ki, Rusiyanın “Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti "Rusiyanın "Avtoradio" proqramına müsahibəsində bu barədə danışıb:

“Holdinqin 15 min işçisi var. Maaşların azalmasına baxmayaraq, ixtisarlardan qaçmışıq. İşçilərin maaşlarını vermək üçün şəxsi qarajımdan 3 avtomobil satmışam. Amma sonuncu maşınlarımı da satsam, bu işçilərin məvacibinin heç 10%-i etməyəcək.

Gəlirlərimizin 90%-ni itirmişik. Hər ay, hər gün ziyanla işləyirik. Hətta bütün obyektlər açılsa da, bizim icarədarlar ilk vaxtlar bizə ödəniş edə bilməyəcək”.