“Əmək və məşğulluq” altsisteminin geniş təqdimatı keçirilib - FOTOLAR
“Əmək və məşğulluq” altsisteminin geniş təqdimatı keçirilib - FOTOLAR
18.06.2022 MEDİA Tərəfindən

"Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisində “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) geniş təqdimatı keçirilib. 

Təqdimatda 300-ə yaxın sahibkar və işəgötürən nümayəndələri iştirak ediblər.

Tədbir zamanı DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Vüsal Məsiyev müxtəlif qurumların işəgötürənlərinə platforma haqqında məlumat verib.

Təqdimatda işəgötürənlər, platformanın funksionallıqları, onlar üçün nəzərdə tutulan imkanlar ilə tanış olublar. Platforma ilə bağlı işəgötürənləri maraqlandıran suallar müzakirə edilib, səsləndirilən təkliflər dəyərləndirilmək üçün qeyd edilib.

Visiontv.az