11.012.2019
Axtar
Ölkə
alt

Əli Laricani: "İran Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün heç bir məhdudiyyət tanımır"

"İran Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün heç bir məhdudiyyət tanımır".

Visiontv.az-ın verdiyi xəbərə görə, Tehran  bürosunun məlumatına görə, bunu İran parlamentinin spikeri Əli Laricani  Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynovla görüşündə  bildirib.

Ə. Laricani deyib ki, İran xalqı və rəsmiləri həmişə Azərbaycanla əlaqələri artırmaqda  maraqlı olub: “Sevindirici haldır ki, bu istək hər iki ölkədə var”.

Ə.Laricani bildirib ki, İran Azərbaycanla parlament əlaqələrini inkişaf etdirmək üçün heç bir məhdudiyyət tanımır: “İki ölkə arasında siyasi, ictimai, iqtisadi və mədəni əlaqələr üçün gözəl  atmosfer yaranıb. Azərbaycan və İran  arasında  nəqliyyat,  şəhərsalma, kənd təsərrüfatı, sənaye və iqtisadi sahələrdə əlaqələr daha da inkişaf etdirilməlidir”.

Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov isə iki ölkə arasındakı münasibətlərin geniş və tarixi köklərinin olduğunu bildirib:  “Rəsmi Bakı iki ölkə arasında  münasibətlərin  inkişaf etdirilməsini həmişə dəstəkləyir və əməkdaşlıq səviyyəsi artır”.
Azərbaycan-İran əlaqələrinin hazırda ən yaxşı tarixi dövrünü yaşadığını deyən B. Hüseynov  bildirib ki,  iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə, o cümlədən iqtisadi, sənaye, yük daşımaları, dəmir yolları, kənd təsərrüfatı, gömrük, mədəni və ictimai, turizm və elmi sahədə inkişaf etməkdədir.

B.Hüseynov  Azərbaycanda iki ölkə arasında turizmi gücləndirilməsi üçün bəzi güzəştlərin tətbiq edildiyini bildirib: “Ümid edirik ki, bu addımlar gələcəkdə turizm sahəsində əməkdaşlığı gücləndirəcək. Hazırda  iki ölkə investorlarının qarşılıqlı sərmayə yatırımı da  artmaqdadır”.

APA

Şərh