23.01.2020
Axtar
Gündəlik
alt

Əli Həsənovun “vurduğu” kadrlar Parlamentə gedir – Maraqlı isimlər

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində bir vaxtlar vəzifələrini itirmiş gənc kadrlar iştirak edəcək.

Visiontv.az BakuPost-a istinadən xəbər verir ki, bunlar arasında Prezidentin bu yaxınlarda işdən çıxardığı ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “vurdurduğu”, Elnur Aslanova yaxın şəxslər də var.

Seçkiyə çox iddialı şəkildə hazırlaşan həmin şəxslərin bir qismini təqdim edirik:

1. Elnur Aslanov - 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri olub. Oradakı vəzifəsindən çıxarılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu postunu isə 2016-cı ildə itirib.

2. Ceyhun Osmanlı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "İrəli" İctimai Birliyinin keçmiş sədri. Seçkiyə hazırlıq ərəfəsində Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis edib.

3. Fərhad Məmmədov – 2012-ci ildən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olub. Elnur Aslanovu ən yaxın silahdaşlarından hesab olunur.

4. Zaur Darabzadə - Tanınmış marketinq mütəxəssisi, “CinemaPlus" kinoteatrlar şəbəkəsinin idarə heyətinin üzvü, Azərbaycanda ilk internet radiosu “Day.Az Radio”nun yaradıcısı.

 

Şərh