Elə bir gün yoxdur ki, Əliyev Paşinyanı... - Abramyan
26.11.2020

Əliyev hər gün Paşinyanı aşağılayır.

Visiontv.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Qarabağdakı separatçı-terrorçuların liderinin keçmiş müşaviri Tiqran Abramyan paylaşıb.

“Nikol, sən öz müsahibəndə deyirsən ki, danışıqlar prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməlidir, buna qədər isə daha 6 ay qalmaq istədiyini bəyan edirsən. İndi sən özünü Əliyevlə bir masa arxasında əyləşib, nəsə ətrafında danışıqlar aparan kimi təsəvvür edirsən. Başa düşürsən ki, səni heç kim ciddiyə almır və sən artıq nə ölkədə, nə də onun xaricində faktor deyilsən?

Elə bir gün yoxdur ki, Əliyev səni aşağılamasın. Sənin deyəcək heç nəyin yoxdur. Əgər uduzmusansa, bizi bu situasiyaya gətirib çıxarmısansa, nə deyə bilərsən. Özünün son addımını at və get”, – deyə o bildirib.