“Eldəniz Səlimov polisə deyib ki, fəxr et, səni deputat döyüb”
03.08.2021

“Hadisə baş verib və fakt ortadadır. Deputat polisə deyib, sən fəxr et ki, səni Milli Məclisin üzvü döyüb”.  Bunu parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib. 

O bildirib ki, emosional çıxışlara ehtiyac yoxdur: “Bizə belə bir millət vəkili lazım deyil. Belə olan halda biz nədən danışa bilərik? Ona acımaq və təəssüf etmək olar. Amma törətmiş olduğu cinayətlə barışmaq olmaz”.

Qafqazinfo