21.010.2019
Axtar
Gündəlik
alt

Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.

 

DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələ­rinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymət­ləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud mü­nasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıb.

 

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Şərh