Eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda aksiyasına könüllülər də qoşulub
13.12.2022

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, aksiyaya könüllülər də qoşulub.

Aksiya iştirakçıları faydalı qazıntı yataqlarının qanunsuz talanmasını dayandırmağı, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələrək, onların tələblərini dinləməsini tələb edirlər.

Qeyd edək ki, aksiya dünən səhərdən başlayıb. Eko-fəallar və QHT təmsilçilərin görüş tələbinə baxmayaraq, general Volkov əraziyə gəlmir. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri yolda maneələr qurub, aksiya iştirakçıları qarşısında sədd çəkiblər. Bu səbəbdən yol bağlanıb.