Əkbər Qoşalı Vision TV-nin qonağı olub
Əkbər Qoşalı Vision TV-nin qonağı olub
29.11.2019 Elvin ABBASOV Tərəfindən

Şair-publisist Əkbər Qoşalı VisionTV-nin qonağı olub.

Vision TV-nin rəhbəri Elvin Abbasovun dəvəti ilə baş tutan görüşdə qarşılıqlı maraq doğuran ədəbi yaradıcılıq məsələlərinin, o cümlədən yeni nəsil Azərbaycan ədəbiyyatının yeni internet resursları ilə tirajlanması kimi məsələlər müzakirə edilib.

Görüşdə eyni zamanda. yaradıcı qurumlarla internet televiziyasının əməkdaşlığının gücləndirilməsi məqsədəuyğun sayılıb.

Qeyd edək ki, Əkbər Qoşalının müəllifi, tərtibçisi, redaktoru, önsöz müəllifi olduğu 40-a yaxın bədii, elmi kitabı çıxıb. Əsərləri bir neçə dilə tərcümə olunaraq yayımlanıb. Dəfələrlə ölkə daxilində və xaricində keçirilmiş beynəlxalq konfrans, simpozium və festivallarda nümayəndə və nümayəndə heyətinin başçısı olaraq iştirak etmişdir.