Əfv Komissiyasının növbəti iclası keçirilib
27.02.2021

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Visiontv.az-a komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxıldı". 

Qeyd edək ki, bundan əvvəl komissiyanın 3 iclası keçiriib. Həmin iclaslarda ümumilikdə 350-dən artıq müraciətə baxılıb.