Əfqanıstanda Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış törədildi 1 ölü, 14 yaralı - YENİLƏNİB
07.03.2019

Əfqanıstanda Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış törədildi 1 ölü, 14 yaralı - YENİLƏNİB

Əfqanıstanın paytaxı Kabulda din xadimi Abdul Əli Məzarinin vəfatının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimi zamanı törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Visiontv.Az bildirir ki, "Report" "TOLO News"a istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi bildirib.

O, hadisə ilə bağlı araşdırma aparıldığını deyib. 

Mərasim keçirilən yerdə ard-arda azı 10 partlayış törədilib. Tədbirdə Əfqanıstanın icra strukrutunun başçısı (baş nazir) Abdullah Abdullah, ölkənin keçmiş Prezidenti Həmid Karzay, xarici işlər naziri Səlahəddin Rəbbani və keçmiş Prezidentin müşaviri Hanif Atmar da iştirak edib. 

----------
13:54

Hindistanın Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 18 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin ağır olmadığı deyilir.

Qeyd olunur ki, naməlum şəxslər avtobus dayanacağa yaxınlaşarkən qumbara partladıb.

Hazırda həmin şəxslərin axtarışları aparılır.