Əfqanistan Taliban dövləti kimi xarakterizə olunmalıdır - Məhəmməd Əsədullazadə
Əfqanistan Taliban dövləti kimi xarakterizə olunmalıdır - Məhəmməd Əsədullazadə
13.07.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ-ın Əfqanistandan öz hərbi qüvvələrini çıxarması ilə Talibanın hakimiyyətə gəlməsinə yaşıl işıq yandırıldı. Demək olar ki, Taliban bir neçə aydan sonra Əfqanistanda mərkəzi hakimiyyəti devirəcək.

Əfqanistanda Talibanın hakimiyyəti,region ölkələrinin təhlükəsilziyini təhdid etməsi istisna deyil. Xüsusilə Tacikistan, Türkmənistana qarşı Taliban öz ideloji siyasətini həyata keçirəcək.

Qeyd edim ki, Talibanla Rusiya arasında bir neçə ildir ki, danışıqlar gedir. Ötən həftə Taliban nümayəndələri Moskvada növbəti dəfə Rusiya rəsmiləri ilə danışıqlar apardı. Rusiyanın əsas məqsədi Talibanın Mərkəzi Asiyaya çıxşının qarşısını almaqdır. Amma, Əfqanistanda öz hakimiyyətini möhkəmləndirəndən sonra ABŞ -la sıx əməkdaşlıq fonunda Talibanın Mərkəzi Asiya və Çinə qarşı fəaliyyətini istisna etmək olmaz. Ümumiyyətlə Talibanın əvvəlki illərdən fərlqi olaraq, qonşu ölkələrlə normal əməkdaşlıq  kursu götürsə də bu,  Əfqanistan dövləti kimi deyil, Taliban dövləti kimi xarakterizə olunmalıdır.

Ümumiyyətlə, Talibanın hakimiyyəti Əfqanistan dövləti kimi deyil, terror təşkilatı və digər ölkələrə qarşı maşa rolunda olacaq. Əfqanistanın dövlət quruluşu heç də dini hakimiyyət kimi qəbul edilməyəcək. Bu, Əfqanistan dövlətini  növbəti süqutu, Taliban terror dövlətinin yaradılmasıdır. Azərbaycan Əfqanistandan öz sülhməramlı qüvvələrini geri çağırmalı, Kabul aviareysini ləğv etməlidir.

Artıq Əfqanistan dövlət deyil, orta Şərqdə yeni bir terror dövləti yaranır.

Taliban Moskvada Rusiya ilə danışıqlarına gəldikdə isə, bu,  sadəcə müvəqqəti xarakter daşıyır. Türkiyənin Əfqanistanda fəaliyyəti isə,  səmərəli olmayacaq.  Sadəcə Türkiyə Pakistan vasitəsilə Talibana müəyyən təsir etmək iqtidarındadır.

Talibanın hakimiyyətə gəlməsi, Rusiya və Çinə qarşı həmçinin Mərkəzi Asiya üçün yeni bir təhdid olacaq.

Visiontv.az