Edilən yardım imkansızların qüruruna toxunmamalıdır-VİDEO
Videonu Aç
23.04.2020

Yardımçı (yardimci.az) layihəsi koronovirus pandemiyası dönəmində yəni qısa zamanda yaradılmasına baxmayaraq kifayət qədər geniş fəailiyyət dairəsinə malikdir.

Visiontv.az xəbər verir ki, artıq 20 min manatlıq 3 min civarında ərzaq zənbili hazırlanaraq vətəndaşlara paylanılıb. Və bu prosess davam edir. Həmçinin Azərbaycanı əhatə edən bu yardım kompaniyasına dünyanın digər ölkələrindən də soydaşlarımız qoşulub. O cümlədən ölkə daxilindədə ictimai xadimlər, ziyalılar, iş adamları bu layihəyə dəstək verir öz yardımların əsirgəmirlər. Yardımçı layihəsinin təşəbbüskarlarından olan iqtisadçı-ekspert İlham Şabanın fikrincə portal vasitəsilə bu cür yardımlaşma mexanizmi inkişaf etmiş digər ölkələrdədə var.

İlham Şaban çıxışının sonunda bu cür təşəbüsslərə imkanlı təbəqənin qoşulmasının əhəmiyyətini də qeyd etdi. Onun fikrincə texniki imkanlar hesabına yaradılan bu cür sivil yardım etmə üsulu imkansızların hissiyatına , qüruruna toxunmadan həyata keçirilri. Ki bu da ''Yardımcı'' layihəsini dahada əhəmiyyətli edir.