Edam edilən Qarabağlı şeyxülislam...-Əkbər Nəcəf
11.08.2020

Osmanlı tarixində üç şeyxülislam edam edilib. Onlardan biri də qarabağlı Feyzullah Əfəndi olub.

Ailəsi Şəmsəddin Təbriziyə qədər uzanır və Osmanlıda "Əcəmi", hətta "qızılbaş" ləqəbi ilə tanınırdı. Bu adlar ona Azərbaycan şivəsində danışdığı üçün verilmişdir.

Qarabağın məşhur seyyid nəslindən olan Feyzullah Əfəndinin ailəsi Ərzuruma köç etmişdir.

Feyzullah Əfəndi Osmanlı şahzadəsi Mustafanın müəllimi olub. II Mustafa adı ilə taxta çıxan bu sultanın dövründə dövlətin əsas idarəçisi olmuş və sultan üstündə böyük təsirə malik idi. Bu da böyük etirazlara səbəb olmuş və 1703-cü ildə çıxan ixtişaş nəticəsində öldürülmüşdür.

Məşhur Əli Əmir kitabxanası onun Fatihdə tikdirdiyi mədrəsədə yerləşir. Çoxlu sayda əsəri (risaləsi) günümüzə qədər qorunur. Şeir də yazan Feyzullah Əfəndidən bir beyt:

Başımızıdan heç savayi-zülfi-yar əksik deyil,

Mürtəfi yerdir anın çün rüzigar əksik deyil.

Təqibdən qaçan ailəsi uzun illər Krımda yaşayıb.

Visiontv.az