Duqinin qızına qarşı törədilən terror aktında erməni izi...
Duqinin qızına qarşı törədilən terror aktında erməni izi...
22.08.2022 Hikmət Babaoğlu Tərəfindən

Hazırda hibrid müharibələrdə yeni mərhələ başladıldı. Bu siyasətçilərə qarşı fiziki terror mərhələsi hesab edilə bilər. Özlüyündə isə terror və fiziki məhvetmə ən son müharibə aləti olmaqla digər bütün güclərin tükəndiyi yerdən başlayır.

Bu kontekstdə Moskvada törədilən terror aktı ən son belə nümunədir. Duqin ailəsinə qarşı törədilən terror nə üçün, hansı məqsədlə törədildi sualına gəldikdə isə bunun Rusiyada ictimai xof yaratmaqdan tutmuş, Rusiya hərbi-siyasi elitasına xəbətrdarlıq etmə məqsədi daşıdığına yaxud rus xüsusi xidmət orqanlarının zəifliyinin ortaya çıxarmağa qədər çoxsaylı səbələri ola bilər. Bizim üçün bu səbəblərin hamısını araşdırmaq və hər biri haqqında müxtəlif versiyalar irəli sürmək olduqca çətindir. Ancaq bir sıra tərəfləri ilə bizi də narahat etdiyi üçün Türkiyə və Azərbaycanın maraqları kontekstində müəyyən proqnoz və versiyalar irəli sürmək zərurəti var. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Aleksandr Duqin Rusiya siyasi mətbəxinin bilicilərindən biri olmaqla həm də onu zənginləşdirən isimlərdən biridir. Onun iki mühüm kitabı, "Geosiyasətin əsasları və Rusiyanın geosiyasi gələcəyi" və "Çoxqütblü dünya nəzəriyyəsi" adlı kitabları az qala hər bir rus siyasətçisi və diplomatının stolüstü kitabı idi. Hətta Kremlin rəsmi xarici siyasətinin formalşamasında onun düşüncə və fikirlərinin xeyli dərəcədə təsirli olduğu bilinən həqiqətdir. Belə olanda Duqinin Türkiyə və Azərbaycan barədə nə düşündüyü əlbətdə bizim üçün də maraqlı olmaya bilməz. Üstəlik əgər bu nəzəriyyəçi alim həm də "Nursultan Nazarbayevin Avrasiyaçılıq missiyası" adlı kitabın da müəllifidirsə, onda qısa olaraq Duqin Avrasiyaçılığına diqqət edək. Birncisi Duqin Avrasiyaçılığı 2003- ü ildən sonra Knyaz Trubetskoy avrasiyaçılığına doğru əyilməklə Lev Qumilyov avrasiyaçılığına yaxınlaşmağa başladı. Bu əslində "Av-rusiyaçlığın"  Avrasiyaçılığa yaxınlaşması idi. Ya da Türkiyə ( Ərdoğan ) və Rusiya ( Putin ) Avrasiyaçılığı arasında körpü qurmaq idi. Hətta iş o yerə gəlib çıxdı ki, Duqin 2016-cı il 15 temmuz hadisələri öncəsi qardaş ölkənin Prezidentini xəbərdar etmək missiyasını belə öz üzərinə götürdü. Ona görə bu gün Sergey Markov hadisədən sonra ilk açıqlamasında bu terroroun həm də Türkiyəyə qarşı olduğunu ifadə etdi. İkinci əsas məslə Duqinin çoxqütblü dünya nizamının tərəfdarı olması və bunu təbliğ etməsidir. Üstəlik bu qütblərdən biri kimi Rusiya-Türkiyə tandemini görməsidir. Bütün bu mülahizələri təhlil etdib bir nəticəyə gəlmək istəsək görəcəyik ki, bu terrorun hədəflərindən biri də Türkiyə-Rusiya birliyidir. Bardağı daşırdan son damla isə yəqin ki, sonuncu Söçi görüşü ola bilər. Çünki Tehranda yarımçıq qalan məsələlər Soçiə düz 4 saat müzakirə edildi. Elə buradaca bir sual yaranır, görəsən Türkiyə ilə Rusiyanın yaxınlaşmasından ən çox hansı ölkə narahatdır və bu yaxınlaşmanın acı nəticələrini öz üzərində əyani şəkildə hiss edir? Əlbətdə Ermənistan. Deməli o zaman Duqin ailəsinə qarşı törədilən terror aktında mütləq erməni izi də axtarmaq lazımdır. Bu iki xətt ilə mümkün ola bilər: "Hələ də Ukraynanın erməniəsilli keçmiş daxili işlər nazirinin təsiri altında olan qruplaşmalar yaxud Rusiya xüsusi xidmət orqanlarında müəyyən təsir imkanları olan erməni əsilli vətəndaşaların vasitəçiliyi ilə". Teroroun bütün təzahür formaları qınağa layiqdir və əminik ki onu törədənlər layiqli cəzalarını alacaqlar .

Millət vəkili Hikmət Babaoğlu

visiontv.az